Rusiyada anadangəlmə anomaliyaları müalicə etməkdən başqa hər hansı səbəbdən cinsiyyətin təsdiqi əməliyyatlarını qadağan edən qanun layihəsi irəli sürülüb.
Beləliklə, Rusiya vətəndaşlarının sağlamlığının qorunması haqqında qanuna "cinsi dəyişdirməyə yönəlmiş tibbi müdaxilələr", o cümlədən ilkin və ya ikincil cinsi xüsusiyyətlərin dəyişdirilməsi üçün cərrahiyyə əməliyyatlarını qadağan edən müddəa əlavə olunur.
Uşaqlarda doğuş anomaliyalarını müalicə etmək üçün tibbi müdaxilələr yalnız "federal dövlət səhiyyə müəssisəsinin tibbi komissiyasının qərarı ilə" mümkündür. Qanun layihəsinə əsasən, belə qurumların siyahısı və belə qərarların verilməsi qaydası hökumət tərəfindən təsdiq olunacaq.
Bundan başqa, qanun layihəsi dövlət uçot idarələrinə tibb təşkilatları tərəfindən verilən gender təsdiqi şəhadətnaməsi əsasında sənədlərin düzəldilməsi və dəyişdirilməsini qadağan edir. “Vətəndaşlıq vəziyyəti aktları haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.
Mövcud qanuna əsasən, dövlət qeydiyyat idarələri cinsiyyətin dəyişdirilməsi haqqında tibbi arayış əsasında şəxsi sənədləri dəyişə bilər.
Sevinc Hüseynova