Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də and içəcək, ölkənin yeni hökuməti isə növbəti gün and içə bilər.
Faktmedia.az xəbər verir ki, Prezident şənbə günü and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq. Bazar günü kabinet üzvlərinin and içəcəyi gözlənilir və yeni hökumət öz işinə başlayacaq.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib ki, Ərdoğan and içdikdən dərhal sonra yeni kabinetinin tərkibini açıqlaya bilər. Hazırkı kabinetdən yalnız üç nazirin - xarici işlər, daxili işlər və müdafiə nazirləri postlarını qoruyacağı gözlənilir.
Çərşənbə günü Ərdoğan hazırkı hökumətin son iclasını keçirəcək.
Xəyalə Xəlilova