Braziliya dezinformasiya qanun layihəsinə qarşı mövqeyinə görə ani mesajlaşma proqramı Telegram-ı müvəqqəti olaraq qadağan edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, "Telegram" Braziliyanı hədəf aldıqdan sonra məhkəmə hərəkətə keçib.
Ali Məhkəmənin qərarı ilə "Telegram"ın fəaliyyəti ilk növbədə 72 saat dayandırıldı.
"Telegram"ın dünən istifadəçilərinə göndərdiyi mesajda dezinformasiya qanun layihəsi ilə bağlı "Braziliyada demokratiyaya hücum var", - deyildi.
Braziliyanın bu qanun layihəsi ilə müasir interneti məhv edə biləcəyini iddia edən Telegram, bunun sosial şəbəkə saytı şirkətlərinin xidmətlərinə zərər verəcəyini müdafiə etdi.
Elçin şəfiyev