Qara dəniz təşəbbüsü çərçivəsində taxıl sazişinin uzadılması Ankara ilə Rusiya prezidenti Vladimir Putin arasında xüsusi münasibətlər sayəsində mümkün olub.
Faktmedia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində deyib.
“Burada, Qara dəniz təşəbbüsü var. Biz təkcə Qərb ölkələrinin deyil, Afrika ölkələrinin də ehtiyaclarını nəzərə alırıq. Bu təşəbbüsün müddəti iki ay uzadılıb. Bu, prezident Putinlə xüsusi münasibətimiz sayəsində mümkün olub”, - deyə o bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya və Türkiyənin bütün mümkün sahələrdə bir-birinə ehtiyacı var.
Havar Şəfiyeva