Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də Rusiyanın Şuraya sədrliyi çərçivəsində bu ay keçiriləcək BMT Təhlükəsizlik Şurasının sessiyalarında iştirak edəcəyi üçün Nyu-Yorka gedib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın baş diplomatının BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcəyi gözlənilir.
Bundan əlavə, Lavrov ABŞ-ın dövlət katibi Antoni Blinken də daxil olmaqla bir sıra ölkələrin yüksək səviyyəli diplomatlarını Rusiyanın sədrliyi ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.
Lakin Rusiya nümayəndə heyəti Nyu-Yorka yola düşməzdən əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə bir görüş üçün hələlik planların olmadığını və onun mümkünlüyünün “şəraitə uyğun olaraq müəyyən ediləcəyini” bildirib.
Kənan Sərraf