Macarıstan NATO müttəfiqlərini Rusiya ilə birbaşa münaqişənin qarşısını almaq üçün lazım olan hər şeyi etmək lazım olduğu barədə xəbərdarlıq etməyi planlaşdırır.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Szijjarto məlumat verib.
O bildirib ki, NATO xarici işlər nazirlərinin toplantısına az qalıb:
"NATO xarici işlər nazirlərinin iclası başlamaq üzrədir. Biz buraya ümid edərək gəlmişik ki, NATO-nun qonşuluğumuzda gedən müharibənin tərəfi olmaması ilə bağlı əvvəlki birgə qərarımızın aktuallığına heç kim şübhə etməsin. NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”.
BƏSTİ