Hindistan öz milli valyutasında ifadə olunan qlobal ticarətin genişlənməsinə təkan verəcək.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Ticarət və Sənaye Nazirliyinin ticarət katibi Sunil Barthwal məlumat verib.
O bildirib ki, Hindistan 2022-ci ildə ticarət hesablaşmalarının müvafiq milli valyutalara keçməsi üçün 18 ölkə ilə müqavilə imzalayıb:
"Əlbəttə, biz görmək istərdik ki, rupi ticarəti də baş versin, xüsusən də problemlərlə üzləşən ölkələrlə. Belə ölkələr arasında BƏƏ, Səudiyyə Ərəbistanı və bir neçə Afrika ölkəsi var. Daha əvvəl bildirilmişdi ki, Rusiya bankları ticarət ödənişlərini rupi ilə həyata keçirmək üçün Hindistan banklarında Hindistan valyutasında onlarla hesab açıblar”.
Bəsti Məmməd