Çinin Qərb dövlətlərinə, Qərb dövlətlərinin isə Çinə münasibətdə ritorikası son üç ildə xeyli dəyişib və sözün əsl mənasında sərtləşib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, Çin Qərblə bağlı bütün illüziyalarını itirib:
"Qərblə bağlı fikirlərimiz çox oxşardır. Baxmayaraq ki, Çin orada böyük sərmayə və iqtisadi maraqlara malik olsa da, bir neçə il əvvəl Qərbin Çinə fərqli münasibət göstərə biləcəyi və hər şeyin o qədər də pis olmadığına dair bir neçə il əvvəl mövcud olan illüziyalar indi itib. Çinlilər Qərbin əslində nəyə can atdığını çox yaxşı anladılar. Qərb son üç-dörd il ərzində öz hərəkətləri ilə əslində heç bir illüziya buraxmadı ki, bərabər əməkdaşlıq əvəzinə Çin, Rusiya, Hindistan, Braziliya və digər ölkələrlə sərt və qeyri-sivil rəqabəti nəzərdə tutur. Çinlilər bunu yaxşı bilirlər, mənim gördüyüm kimi, bu anlayış başqa ölkələrdə də yetişməkdədir”, - deyə o bildirib.
Bəsti MƏMMƏD