Misirdə kral məzarlarının yerləşdiyi tarixi Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 5-ci və 6-cı Fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb.
Faktmedia.az xəbər verir ki, Misir arxeoloqu, Qədim Əsərlər Naziri Zahi Havas bildirib ki, qazıntılar zamanı 4300 yaşı olduğu təxmin edilən mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar aşkarlanıb.
Havas tapılan əsərlərin 5-ci Fironlar sülaləsi və 6-cı Fironlar sülaləsinə aid olduğunu deyib.
Havas qeyd edib ki, sözügedən heykəllər əhəng daşından hazırlanıb və üzərində heç bir yazı olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilməyiblər.
Havas tapılan mumiya ilə bağlı, “Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir açılmayıb. Bu, kral mumiyaları xaric olmaqla indiyə qədər tapdığımız ən qədim mumiyadır”,-deyə bildirib.
Sevinc Hüseynova