Sumqayıt icra başçısı Mehdi Hüseynzadənin heykəlini bu vəziyyətə saldırıb - FOTOLAR
Manşet / Ölkə
25-01-2023, 11:37
Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda aparılan tikinti işləri yekunlaşıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bir müddət əvvəl stadiona tez-tez baş çəkib. Orada çalışan işçilərə yaxın zamanlarda stadionun açılacağını və açılışı Prezidentin edəcəyini bildirib. Faktmedia.az-ın əldə etdiyi məlumata görə, bir neçə həftədir ki, başçı daha stadiona gəlmir. Bildirilir ki, başçının özünün yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi gözlənilir. Saytın əldə etdiyi başqa bir fakta görə, sözügedən stadion da daha Mehdi Hüseynzadənin adını daşımayacaq. Buna səbəb isə İkinci Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanların ucuz tutulmaması göstərilir. Artıq Mehdi Hüseynzadənin heykəli də kustar üsulla yonularaq istifadəsiz hala gətirilib. Başı qoparılan heykəl daşına yeni məlumatlandırıcı lövhə də vurulub. Qeyd edilib ki, stadionun adı dəyişməsə belə heykəli olmayacaq. Sözügedən heykəlin fotolarını təqdim edirik: Sevinc Hüseynova