Əgər Qərb ölkələri Rusiyaya qarşı mövqeyini dəyişməsə, taxıl müqaviləsi öz fəaliyyətini dayandıra bilər.
Faktmedia.az xəbər verir ki, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Lenta.ru ilə söhbətində münaqişə zonasındakı limanlardan taxıl ixracına dair sazişin gələcəyi barədə danışıb.
“Bu sövdələşmə müsbət mövqeyimizin müqabilində bağlanıb, biz həm də taxıl ixrac etmək hüququ, ən əsası isə gübrələrimizi ixrac etmək hüququ əldə etdik. Üstəlik, biz bu gübrələri satmırıq, ehtiyacı olan Afrika ölkələrinə pulsuz veririk. taxıl ixracında öz paylarını yerinə yetirdilər və taxıl ən kasıb ölkələrə deyil, kifayət qədər inkişaf etmiş ölkələrə, məsələn, İspaniyaya, İtaliyaya və başqa ölkələrə gedirdi. Amma bizi unudublar, bəs biz niyə belə işlərlə məşğul olmalıyıq? Hesab edirəm ki, bu, tamamilə ədalətsizlikdir. Rusiyanı daim aldatmaq cəhdi artıq Qərb dövlətləri arasında vərdişə çevrilib. Şərtlərimizin də yerinə yetiriləcəyinə dair dəqiq təminat almayana qədər sövdələşməni uzatmağın mənası yoxdur”, - deyə senator bildirib.
RİA Novosti-nin danışıqlara yaxın mənbəyə istinadən verdiyi məlumata görə, taxıl sazişinin uzadılması məsələsi çıxılmaz vəziyyətə düşüb. “Təşəbbüsün davam edib-etməyəcəyi, Rusiya kənd təsərrüfatı məhsulları və ammonyakın dünya bazarlarına çıxışı üçün təminatların alınıb-alınmayacağı bəlli deyil. Qısa müddətdə bu məsələləri həll etmək lazımdır”, - mənbə bildirib. O, həmçinin qeyd edib ki, Türkiyə və BMT tərəfindən danışıqlar prosesi dayanmayıb, müxtəlif təşəbbüslər və variantlar təklif olunur.
Havar Şəfiyeva