Yaponiyada intihar edən tələbələrin sayı 2022-ci ildə ən yüksək səviyyəyə çatıb.
Faktmedia.az xəbər verir ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) 2022-ci ildə intihar edən tələbələrin sayını açıqlayıb .
MEXT-in məlumatına görə, ötən il ölkə daxilində intihar edən tələbələrin sayı əvvəlki ilə nisbətən 39 nəfər artaraq 512-yə çatıb.
Tələbə intiharları il ərzində ən yüksək, iyunda 60, sentyabrda isə 57 olub.
Qeyd edək ki, 2022-ci ildə Yaponiyada 17 ibtidai, 496 orta məktəb şagirdi intihar edib.
Bəsti Məmməd