İranın idman nazirinin müşaviri İsmail Əhmədi cümə axşamı ölkənin cənubundakı Baft şəhərində helikopter qəzası nəticəsində həlak olub.
Faktmedia.az İRNA xəbər agentliyi istinadən xəbər verir ki, bundan əvvəl xəbər agentliyi İranın idman naziri Seyid Həmid Səccadi Həzavəni daşıyan helikopterin qəza enişi etdiyini bildirmişdi.
İranın cənub-şərqindəki Kirman əyalətinin qubernatoru Məhəmməd Mehdi Fədakarın sözlərinə görə, nazir də daxil olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib.
Agentlik hadisə şahidlərinə istinadən əlavə edib ki, iki nəfər ağır xəsarət alıb.
Havar Şəfiyeva