"Prezident Putinə Priqojin ətrafında baş verən bütün hadisələrlə bağlı məlumat verilib. Lazımi tədbirlər görülür".
Faktmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya Müdafiə Nazirliyi cümə günü səhər saatlarında sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələrinin "arxadakı PMC Wagner düşərgələrinə zərbə endirdiyi" ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
Nazirlik həmçinin bildirib ki, Rusiya qüvvələri Ukrayna qüvvələri ilə xüsusi hərbi əməliyyatlar aparılan ərazidə döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.
Xəyalə Xəlilova