Türkiyədə milyonlarla istifadəçisi olan sosial media platforması "TikTok" da 1,2 milyard TL oğurladığı müəyyən edilən şübhəlilər üzərində əməliyyat keçirilib.
37 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda aralarında məşhur fenomenlərin də olduğu 120 nəfər saxlanılıb.
İstanbul Polis İdarəsi Kiber Cinayətlərlə Mübarizə Şöbəsi TikTok hesabları üzərində işə başlayıb. Araşdırma zamanı bəzi istifadəçilərin, o cümlədən Tiktok fenomenlərinin saxtakarlıq etdiyi aşkarlanıb.
4 mindən çox bank hesabını araşdıran qruplar, 1,2 milyard lirəlik pul axını olduğunu təyin ediblər.
Havar Şəfiyeva