13 yaşlı uşaq TikTok-un qurbanı olub.
Faktmedia.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatından olan 13 yaşlı Ceykob Stivens məşhur TikTok çağırışını təkrarlamaq istəyərkən ölüb.
Yeniyetmə yarışmada iştirak etmək qərarına gəlir, iştirakçılar reseptsiz satılan dərmandan 12-14 həb qəbul etdiblər, bu da onlardan bəzilərinə ölümcül təsir edib. Videonun çəkilişi zamanı o, dostlarının yanında olub.
Həkimlər yeniyetməni süni nəfəs aparatına qoşublar. Buna baxmayaraq o, 6 gün sonra dünyasını dəyişir.
Stivensin qohumları əlavə ediblər ki, onlar bu cür dərmanların alınmasında yaş həddi qoyulmasını təmin etmək niyyətindədirlər. Bundan əlavə, onlar Tik Tok və digər sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq etməyi və qeydiyyat üçün şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edirlər.
Təhlükəli TikTok çağırışları dəfələrlə azyaşlıların ölümünə səbəb olub. Xüsusilə, yanvar ayında argentinalı 12 yaşlı Milagros Soto TikTok üçün video çəkməyə çalışarkən qəsdən özünü boğmaq qərarına gəlib. Yaxınları onu huşsuz vəziyyətdə tapıblar.
Havar Şəfiyeva