“İranda 3 aydır minlərlə məktəbli qızın zəhərlənməsi, ölkə daxilində kütləvi qırğınlar törətməyi, qorxu mühüti yaratmağı hədəfləyən silsilə terror hadisələridir”.
Bu sözləri Faktmedia.az-a siyasi şərhçi Çingiz Göytürk deyib.
O bildirib ki, terroru gerçəkləşdirən birbaşa dövlət və onu terrorçularıdır:
“İranda 6 aydır davam edən proseslərdə isə əsas hədəf qadınlardır. Ardı arası kəsilməyən zəhərlənmələrin dövlət tərəfindən orqanizə edilən kimyəvi terror aktı olmasının iddia etməsinin kökündə yatan ciddi səbəblər vardır. Əvvəla hadisələrin başlanmasından 2 ay sonra İran Kəşfiyyat orqanlarının bununla bağlı hər hansı bir xəbərin yayılmasının qarşısını almağa çalışdı. Xəbərlərin yayılmasının qarşısını ala bilmədikdə isə rəsmilərin verdiyi bəyanatlar bir birini inkar edən gülünc açıqlamalardan başqa bir şey deyildi. Mütəxəssislərin fikrincə zəhərlənmələrə səbəb olan maddənin normal həyatda insanların əldə edə biləcəyi bir maddə deyildir və bu ancaq dövlət və bəlli qurumları vasitəsilə əldə edilə bilər".
Havar Şəfiyeva