“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində terror aktı hökumət səviyyəsində törədilib”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, bunun terror aktı olması artıq heç kimə sirr deyil:
“Fikrimcə, bunu artıq hamı etiraf edib. Terror aktı, tamamilə açıq-aşkar, dövlət səviyyəsində törədilib, çünki heç bir həvəskar belə hərəkətləri edə bilmir. Bu terror aktının baş verdiyi yerə getməyə icazə verilməsə, öz araşdırmamızla məşğul olmaq bizim üçün çox çətindir”.
Bəsti Məmməd