"Həmvətənlərimizin və məni sevənlərin sevgi dolu rəqsləri bir daha mənə göstərdi ki, mən sənət üçün yaşayıram. Ölkəmizdən kənarda olan konsert və el şənliklərimizdən videolar davamlı olacaq".
Faktmedia.az xəbər verir ki, bunu rəqqasə Fatimə Fətəliyeva öz şəxsi Instaqram hesabında yazıb. O, həmçinin rus vətəndaşlarının rəqs etdiyi videonu paylaşaraq"Rus vətəndaşlarının mənə olan sevgisi" sözlərini qeyd edib.
Qeyd edək ki, əvvələr rəqqasə kimi fəaliyyət göstərən Fatimə Fətəliyeva hazırda daha çox aparıcı və müğənni kimi məclislərə dəvət alır.
Sevinc Hüseynova