Ostindəki Texas Universitetinin alimləri beyin fəaliyyətinə əsasən insanın fikirlərini təxmin edə bilən “semantik beyin dekoderi” yaradıblar.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Təcrübələr zamanı dekoder fikirlərin mahiyyətini tutmaq və ümumi mənası saxlamaq qabiliyyətini göstərib, lakin indiyə qədər onun istifadəsi məhduddur və bahalı avadanlıq tələb edir.
Alimlər, həmçinin dekoderə qarşı insan müqavimətinin mümkünlüyünü araşdırıb və məlumatların məxfiliyinin qorunması problemini həll ediblər.
“Biz kiminsə fikrini onun xəbəri olmadan çox tez oxumaqdan çox uzağıq”, - deyə dekoderin tərtibatçıları bildiriblər.
Xəyalə Xəlilova