"Yandex" robot taksi xidmətinin sınaq dövriyyəsinə başlayıb.
Faktmedia.az xəbər verir ki, bu barədə texnologiya şirkətinin mətbuat xidməti məlumat yayıb.
Süni intellektlə idarə olunan taksidə bütün səfərlər 100 rubl (1,23 dollar) məbləğində sabit tariflə tutulacaq. 18 və daha yuxarı yaşda olan istifadəçilər xidmət sınaqlarında iştirak edə bilərlər.
Mövcud qanunvericiliyə uyğun olaraq, robot taksidə hər səfərin təhlükəsizliyinə nəzarət etmək üçün avtomobildə test sürücüsü olacaq. Şirkətin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Yasenevoda "bir neçə onlarla özü idarə olunan avtomobillər, o cümlədən sakinlər üçün robot taksilər" fəaliyyət göstərir.
Xəyalə Xəlilova