"90-cı illərdə idi o kim nə istəyirdi edirdi. İndi Azərbaycanın hüquq-mühafizə orqanları çox güclüdür. Mən belə mövzularda bizim polisə güvənirəm".
Faktmedia.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media səhifəsində yazıb.
"Övladımı tək şəhərə buraxıb narahat olmuram, gecə tək çıxıb küçədə rahat gəzə bilirəm. Həmişə də demişəm Azərbaycan və BƏƏ dünyada ən güvənli ölkələrdir", - sənətçi əlavə edib.