"Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub".
Faktmedia.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi feysbukda yayıb.
"İnsident Baş Prokurorluq tərəfindən araşdırılır. Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir. Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək, - deyə məlumatda qeyd olunub.
14-49
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin fotosu yayılıb.
APA xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Xatırladaq ki, ölən şəxs Həsənov Rüfət Rahib oğludur.