"Tək Ermənistan dövləti deyil, bütün cəmiyyəti, qeyri-hökumət sektoru, mediası, ən əsası isə erməni xalqı aqoniya içindədir. Baş verən ədəbsizlik bunun göstəricisidir".
Bunu Faktmedia.az-a deputat Elnur Allahverdiyev Azərbaycan bayrağının Ermənistanda yandırılmasına münasibət bildirərkən deyib. Deputat bildirib ki, necə məğlub olduğunu həzm edə bilməyən insan qeyri-etik yollara əl atır, cinayət törədir, cığallıq edir, eləcə də cəmiyyət:
"Bu gün Ermənistanın bir ölkə, cəmiyyət halında nümayiş etdirdiyi budur. Döyüş meydanında məğlub olan, diplomatiya masasında uduzan, qaldırdığı hay-küyün, axıtdığı göz yaşlarının əhəmiyyətsiz olduğunu görən erməni cəmiyyəti belə qeyri-adekvat əməllərə yol verir. Bu, ermənilərin nəinki məğlub olduqlarının, habelə bu rəzil durumdan ağılla, başla çıxa bilmək iqtidarında olmadıqlarının göstəricisidir. Yoxsa bayrağı yandırmaqla, əsir düşən hərbçimizin üstünə düşüb onu döyməklə nəyə nail olacaqlar? Bizim qəhrəman hərbçilərimizin müharibə vaxtı ələ keçirdikləri Ermənistan bayraqlarının materialı ilə Yerevanda təşkil olunan Avropa çempionatından üçünü yol vermək olardı. Odur ki, nə edirlər etsinlər, reallıqdan yaxa qurtara bilməyəcklər".
Rəna Həsənova