Xalq təbabətində baldırğandan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Ondan hazırlanan preparatlardan ödqovucu, soyuqdəymə, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur. Bitkinin müalicə məqsədləri üçün yarpaq, kök və toxumlarından istifadə olunur.
Baldırğanın kök hissəsi qaraciyər və sarılıq xəstəliklərinin əleyhinə olduqca faydalıdır.
Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur.
Onun çiçəklərindən kəskin öskürək xəstəliklərində, soyuqdəymələrdə istifadə edilir.
Baldırğanın gövdə hissəsindən alınmış şirə isə bəzi şişlərin müalicəsinə köməklik göstərir.
Baldırğan yarpaqlarından əldə edilmiş narın toz dəri qaşınmalarının qarşısını alır. Baldırğanın əzilərək çıxarılan suyundan daxili xəstəliklərin iltihabında istifadə olunur. Eyni zamanda baldırğan bitkisindən turşular və dadlı mürəbbələr hazırlamaq olur. Bununla bərabər qızardlaraq da yeyilə bilir.
Xəyalə Xəlilova