"Rəsmi Tehran baş vermiş hadisəyə görə öz prezidentinin səviyyəsində artıq üzrxahliq edib və dövlətimizin başçısını əmin ediblər ki, insident hərtərəfli araşdırılacaq, cinayəti törətmiş şəxslər qanunvericiliyin muəyyən etdiyi qaydada məsuliyyətə cəlb olunacaq və cəzalanacaqlar".
Bunu Faktmedia.az-a Politoloq Elşən Manafov deyib. Politoloq bildirib ki, bütün hallarda baş vermiş hadisə diplomatik numayəndəliklərin statusu və fealiyyəti haqqinda 1961 ci il Vyana konvensiyasının, habelə Diplomatik numayəndəliyinin toxunulmazlığı və mudafiəsi haqqinda 1977-ci ilin Vyana konvensiyalarının məlum muddəalarının İran tərəfindən kobud şəkildə pozulmasıdır:
"Beynəlxalq Cinayət huququna görə bu səpkili cinayətlər ətrafinda təhqiqat və istintaqın aparılması üçün vaxt muəyyən edilib və həmin vaxt ərzində təhqiqatla bağlı məlumatların yayılmaması istintaq sirridir və İranın bu mənada hərəkətlərində beynəlxalq cinayət huququna zidd mövqe yoxdur. Azərbaycan tərəfi indiki halda baş vermiş olayda ona dəymiş maddi və mənəvi ziyana görə xususi məbləgdə maliyyə vəsaitinin ödənilməsini tələb edə bilər. Səfirlik dövlətin ərazisi və mulkiyyətidir və beynəlxalq hüquqa görə səfirliyə hücum dövlətçiliyə hucum anlaminda da qəbul oluna bilər. Bizdə israrla Azərbaycan-İran munasibətlərində gərginliyin artmasına çalışan bəlli dairələlərin dövlətçilik deyil, firqə, korporativ və konyunktur maraqlardan çıxış etmələri istisna deyil. Rusiyanin Ankarada fövqəladə və səlahiyyətli səfiri qətlə yetirildi, bu hadisə məlum dövlətlər arasında ötəri də olsa gərginlik yaratsa da, sonda yüksək dairələr hər iki dövlətin qarşılıqlı maraqlarına cavab verən bir mövqe sərgilədilər, dövlətlər arası munasibətlərdə zaman zaman belə hadisələr yaşanıb, lakin Təhlükəsizlik, qarşılıqlı, faydalı münasibətlər, əməkdaşlığın perspektiv imkanları ilə bağlı amillərdən çıxış edən yüksək dövlət rəsmiləri və diplomatiya məlum həddə dayanmağı bacarıblar".
Havar Şəfiyeva