Fransanın Arras şəhərində məktəbə bıçaqlı hücum olub.
Faktmedia.az xəbər verir ki, hadisə məktəbin keçmiş şagirdi tərəfindən törədilib.
Hücum nəticəsində bir müəllimin öldüyünü, iki nəfərin isə ağır yaralandığını açıqlayıb.
Səlahiyyətlilər hücumçunun həbs olunduğunu bildirib.
Qeyd edək ki, vəziyyət nəzarət altındadır və Fransa prezidenti Emmanuel Makron bu gün məktəbə baş çəkəcək.
Xəyalə Xəlilova