Yevlaxda maşın aşaraq kanala düşüb.
Faktmedia.az xəbərverir ki, "Porşe" markalı minik avtomobili Yevlax rayon mərkəzindən Xaldan kənd istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi nəticəsində aşıb.
Avtomobil qəza törətdikdə içərisində 5 qadın sərnişin olub. Hadisə nəticəsində sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar.
Xoşbəxtlikdən ölüm halı baş verməyib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova