“Südverən analar, ümumilikdə, öz gündəlik normalarından 450-500 kkal daha çox qəbul etməlidirlər”.
Bu sözləri Faktmedia.az-a süd verən anaların qidalanması ilə bağlı danışan tanınmış mama-ginekoloq Rəxşəndə Əliyeva deyib.
O bildirib ki, süd verən analar mümkün qədər sağlam və geniş çeşidli qidalar qəbul etməyə çalışmalıdır:
“Körpəsinə süd verən qadınlar tərkibində kofein olan qidalar (kofe, rəngli qazlı sular, şokolad, enerji içkiləri və s. ) çox qəbul etməsinlər, çünki bu, körpənin yuxusunu poza, narahatlıq və qıcıqlanma yarada bilər. Bol maye qəbul etməlidirlər, süd məhsulları kalsium mənbəyi olduğu üçün daima rasionlarında olmalıdır. Qırmızı ət, toyuq və balıq məhsulları, çərəzlər dəmir ehtiyacını ödəməyə kömək edir. Yaşıl yarpaqlı göyərtilərlə və tərəvəzlərlə fol turşusuna, C vitamininə olan ehtiyaclarını bərpa edə bilərlər”.
Rəna Həsənova