"Azərbaycan birmənalı şəkildə özünün dövlət müstəqilliyini qoruyur".
Bu sözləri Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, heç kəsin torpağında gözümüz yoxdur:
"Suveren hüquqlarımızı, milli maraqlarımızı, ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını qoruyuruq və bu məsələdə Ermənistan və Ermənistanı müdafiə edən qüvvələr Azərbaycanın bu mübarizəsinə hörmətlə yanaşmalıdır. Heç kəsin torpağında gözümüz yoxdur, heç bir ölkənin bir santimetr də olsun ərazisinə daxil olmamışıq və Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazisi üzərində suveren hüquqlarını həyata keçirir. Azərbaycanın, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı istənilən hərəkətə istənilən cavabı vermək imkanı vardır".
Rəna Həsənova