24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı Faktmedia.az-ın rəhbəri, şair Ruzbeh Məmməddir. O, ixtisası olan ədəbiyyat ilə hazırkı işi jurnalistika arasındakı ziddiyətlərdən və buna yanaşmasından danışıb.
Həm ədəbiyyat nümayəndəsi olmaq, həm də jurnalistika ilə məşğul olan biri kimi bunu necə balansda saxlayırsınız və bu iki iş arasındakı dərin fərqləri nəzərə alaraq buna yanaşmanız necədir?
Ədəbiyyatla jurnalistika arasında heç bir bağlılıq yoxdur. Ədəbiyyatla məşğul olan kəs, əslində, başqa işlə məşğul olmalıdır. Çünki yazı beyin məhsuludur. Sən mediada xəbərlə işləyirsənsə, ədəbiyyatla məşğul olmağa vaxt və həvəs olmayacaq, bu məndə belədir. Ola bilsin ki, şəxsi təcrübəmə əsasən belə qənaətə gəlmişəm. Həm də onlayn media, yeni media səndən operativlik tələb edir. Artıq uzun müddətdir ki, bu sahə ilə məşğulam. Həmçinin əzab çəkirəm. Çünki beynimdə yaxşı şeir, hekayə yazmaq hissi var. Yazıb qoyduqlarımı da redaktə etməyə vaxtım yoxdur.
24media.az