"Qaçqın və Məcburi köçkünlərə Bakı şəhərinin bir neçə istiqamətində mənzillər təqdim olunmuşdu, xüsusilə Müşfiqabad, Ramana qəsəbəsində, Qaradağ rayonunda və digər yerlərdə. Həmin mənzillərdən Qaçqın və Məcburi Köçkünlər hissə-hissə işğaldan azad olunmuş bölgələrimizə köçurülürlər. Boşalan mənzillər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ya satışa çıxarılır, yaxud da şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına təqdim olunur. İndi demək olmaz ki, məcburi köçkünlər tam çıxarılıb".
Bu fikirləri Faktmedia.az-a Əmlak məsələləri ûzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspert əlavə edib:
Gələcəkdə onların öz yerlərinə tam qayıtmasından sonra bu barədə hər hansı fikir söyləmək olar. Hal-hazırda köçürülən çox az bir hissədir və onlar əmlak bazarına, xüsusilə də kirayə bazarına bir o qədər də təsir edəcək səviyyədə deyil. Köçürülən bir neçə ailənin mənzilinin boşalması kirayə bazarına təsir etmir. Gələcəkdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərimizə tam köçürülməsindən sonra boşalan mənzillərin sayının artması kirayə və əmlak bazarına təsir edə bilər. Qeyd edim ki, əmlak bazarına təsir edən əsas amil demoqrafik prossesdir, yəni təbii artımla bağlı məsələlərdir. Hər il kirayə bazarına təxminən 50 mindən yuxarı ev ala bilməyən gənc ailələr üz tutur. Bu baxımdan hələ demək olmaz ki, kirayə bazarına məcburi köçkünlərin köçü təsir edib. Xeyr, bu hələ hiss olunacaq səviyyədə deyil".
Rəna Həsənova