Fədakarlıq biz azərbaycanlıların başlıca əməlidir. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Həkimlərin xəstələrə göstərdikləri qayğı, fədakarlıq heç bir ölçüyə sığmayacaq qədər böyükdür,onların əziyyətini bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Qeyd edək ki, xəstələrin həyatda qalması üçün həkimlərin göstərdikləri bu fədakarlıq əslində müqəddəs misiyadır.
Elə bu yöndən keçək əsas mətləbə.
İlk növbədə qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin rəhbərliyinə tibb heyətinə, kollektivinə sözün əsl mənasında "Əhsən" düşür. Belə ki, 1968-ciil təvəllüdlü Abdullayeva Aygül adlı xanım iyulun 6-da Nərimanov Tibb Mərkəzinə təcili tibbi yardımla gətirilərək kəskin beyin qan dövranı pozğunluğu diaqnozu ilə qəbul olunur. Lakin aparılan ilkin müayinələrdən sonra xəstədə indiyə qədər özünûn də bilmədiyi "ṣəkər xəstəliyi "aşkarlanır. Məlum olur ki, xanımın sağ ətrafda baş barmağının qanqrenası var. İlkin olaraq təbii ki damar cərrahları lazım idi, çünki xəstənin vəziyyəti olduqca ağır qiymətləndirilirdi. Hətta Akademik Topçubaşov adına Kliniki Cərrahiyyə mərkəzindən çağrılan konsultantlar belə xəstəni əməliyyata almaqdan imtina etdilər. Belə bir məqamda qərar vermək çətin olsa da, Nərimanov Tibb Mərkəzinin rəhbərliyi və həkimlərinin birgə qərarı ilə xəstənin əməliyyatı Nərimanov Tibb Mərkəzində, xəstəxananın Anestezioloq nəzarəti altında Topçubaşov adına Kliniki Mərkəzdən dəvət etdiyimiz damar-cərrahı həkimlər Nəsibov V.Abbasova A tərəfindən həyata keçirildi. Xəstənin sağ aşağı ətrafın budun aşağı 3/1 səviyyəsində amputasiyasi aparildi.
Təbii ki ən böyük məsuliyyət Nərimanov Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Elçin Həsənovun üzərində idi. Mərkəzin rəhbərliyinin verdiyi düzgün qərar və peşəkar həkim komandasının səyi nəticəsində xəstə bugün həyatdadır.
Bütün əziyyəti olan həkimlərimiz var olsun!