Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərin günüdür. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.
Tibb bacısı Bəsti Şəfiyeva bu humanist peşə ilə bağlı təəssüratlarını Faktmedia.az-a bölüşüb:
"Tibb bacısı fəaliyyətini digər sahələrdən fərqləndirən əsas cəhət, ən başlıcası məsuliyyət tələb etməsidir. Təbii, bütün sahələr məsuliyyət tələb edir, amma tibb bacısı insanların sağlamlığı uğrunda çalışdığımız üçün, həm savad, həm məsuliyyət, həm çeviklik, həm də dözümlülük tələb edir. Tibb bacısı həm həkimlə, həm də xəstə ilə eyni həyəcanı yaşayır. Müayinələrini həkim aparsa da müalicəyə gəldikdə əsas məsuliyyət tibb bacısının üzərinə düşür. Xəstələrlə işləmək səbrli, gülərüz olmaq ən vacib şərtdir. Xəstə özünü tibb bacısının yanında tam rahat, doğması kimi hiss etməlidir. Tibb sahəsinə marağıma gəldikdə isə uşaqlıqdan həvəsim olub. Daima kuklaların üzərində praktika aparırdım. Zamanla arzuma çatdım. Həkim ola bilməsəm də tibb bacısı fəaliyyətimi sevə -sevə icra edirem. Artıq 2 ildir xəstələrlə işləyirəm, peşəni sevərək çalışdıqda yorğunluq hiss olunmur. Her zamanda xəstələrin qullugunda hazıram.İlk öncə insanlıq, daha sonra vəzifə borcumuzdur".
Qeyd edək ki, Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.
Havar Şəfiyeva