Azərbaycanda rus dilinə maraq hələ də çoxdur. Valideynlər övladlarını rus dilində təhsil almalarında maraqlıdılar. Bəs, görəsən, bu maraq nədən qaynaqlanır?
Mövzu barədə Faktmedia.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, iki amilə diqqət yetirərək bildirirərdim:
"Birinci rusdilli ailələrin istəyi, digəri isə azərbaycandilli ailələrin övladlarını rus dilində oxutmaq istəyi. Əlbəttə, birinci kateqoriyada olan ailələrin istəyi haradasa başa düşüləndir, çünki, evdə rus dilində danışılır, hər iki valideyin rus dilində təhsil alıb, onlar övladlarının ev tapşırıqlarına bu dildə kömək edə bilərlər və.s. Amma, həqiqətən ailələr var ki, evdə nə ata, nə ana rus dilində bilmir, nə yaşadığı məkan elə məkan deyil, nə ətraf rus dilində bilmir və uşaq rus dilli məktəbdə təhsil alır. Mən düşünürəm əslində bu çox zərərlidir. Mən bizim uşaqlarımızın nə qədər çox dil.bilməsini faydalı sayıram. Amma, çox dil bilib xə öz dilinə laqeyd münasibət bəslənməyi doğru hesab etmirəm. Mən çox istəyərdim ki, bizim övladlarımız, fərqi yoxdur ailədə hansı dil.daşıyıcıları üstünlük təşkil edir, bütün hallarda öz doğma dillərini yaxşı bilsinlər, bu dildə fikirlərini ifadə edə bilsinlər. Bu istiqamətdə bizə, Elm və Təhsil Nazirliyində ictimai şuraya çox müraciətlər olunur. Valideyinlər deyir ki, "mən istəyirəm uşağım rus dilində oxusun, müsabiqədən keçə bilmədi, kömək edin" və s. Onların yanaşmasında, istəyinin arxasında o durur ki, sanki rus bölməsində dərslər daha keyfiyyətli keçilir. Amma, əslində reallıq necədir? Rus bölməsinin imtahan nəticələri Azərbaycan bölməsinin imtahan nəticələrindən daha zəifdir. Bu onu göstərir ki, heç də rus bölməsində təhsilin keyfiyyəti Azərbaycan bölməsindən yüksək deyil. Əlbəttə, mən başa düşürəm, rus dili bòyùk dildir, Rusiya bizim qonşumuzdur. Bu dildə elmi ədəbiyyatlar çoxdur. Mənə elə gəlir ki, bunun kökündə o durur ki, kim rus dilində danışırsa, o mədəni, elita ailədir. Amma bu kökündən yalnışdır. Tam səmimi deyim,mənim bir övladım var, rus dilində təhsil alır, ingilis dilində təhsil alır, amma , öz doğma dilimizdə o qədər səlis danışır, qrammatikasını o qədər gözəl bilir ki, danışanda heç kim deməz ki, o rus bölməsində təhsil alıb. Bu ölkənin vətəndaşı öz dilini bilməlidir. Prestij, dəb, elitarlıq rus bölməsində təhsil.almaqla ölçülmür. Bizim öz doğma dilimizdə təhsil alan kifayət qədər bacarıqlı uşaqlarımız var ki, dünyanın müxtəlif yerlərində nüfuzlu üniversitetlərdə təhsil alırlar. Rus dilində təhsil almaq öz dilini sevməmək anlamına gəlmir. Başqa dildə təhsil alan insanlara da düşmən gözü ilə baxmaq olmaz. Nə qədər çox dil bilsələr də öz doğma dilimizi unutmasınlar.
Rəna Həsənova