"Normal düşüncə prizmasından baxsaq film çəkilişləri zamanı aktyorlara verilən qonararlar gülməli vəziyyətdədir. Ona heç qonarar demək olmaz. Mən teatrda işləyəndə İrana, Türkiyəyə qatrol səfərlərdə olurduq. Gedəndə bizdən qonararı soruşanda mən çox yuxarı məbləğ deyərdim. Aktyor dostlarım səbəbini soruşduqda, özümüzə sındırmayaq deyə cavab verirdim".
Bu sözləri Faktmedia.az-a açıqlamasında Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent, aktyor Azad Şükürov deyib.
O, həmçinin əlavə edib:
"Məni üçün o məbləği dilə gətirmək ayıbdır. Bu barədə mütləq şəkildə düşünmək lazımdır. Aktyor sənəti çox çətin peşədir. Filmlərə ayrılan pul çox gülməli məbləğdir. Bundan da yaradıcı heyətə, aktyorlara çox cüzi bir hissəsi gəlib çatır. Mədəniyyət Nazirliyinin yeni heyətdəki işlərini müşahidə edirəm və görürəm ki, çox müsbət işlər görülür. İllər boyu buraxılmış boşluqları birdən-birə doldurmaq mümkün deyil. İnanıram ki, aktyorların maddi cəhətdən təmin olunması məsələsində də köklü dəyişikliklər olacaq".
Havar Şəfiyeva