"Elxan Qasımov kimi ikinci bir insan tanımıram. O, böyüklərlə böyük, kiçiklər kiçik yerini bilən adam idi. Dəfələrlə onunla görüşmüşük, insana çox müsbət aura bəxş edirdi, bu adamın gözəlliyi onun səmimiliyində idi. Hər doğum günündə onu təbrik etməyi özümə borc bilirdim".
Bunu Faktmedia.az-a açıqlamasında aktyor Elman Rəfiyev deyib.
O həmçinin sənətkar haqqında qeyd edib:
"E.Qasımov dəyərli sənətkarımız idi, çox təssüf ki, son zamanlar bir çox sənət adamlarını itirə-itirə gedirik. Hər bir aktyorun həyatında onun tanınmasında vizit kartı olur. Məsələn Rasim Balayevin vizit kartı "Nəsimi" idi. Elxan Qasımov deyəndə hər kəsin yadına "Şofer Əhməd" düşür. İnsanlara vaxtında qiymət vermək lazımdır. Gənc ikən xalqın sevgisini qazanmış bir adama Xalq artisti adını verməyiblər. Bu barədə düşünmək lazım idi. Elxan Qasımov deyəndə hər bir adamın üzündə gülüş yaranır. Çünki o adam hər şeyə qiymət verən olub, lakin ona vaxtında qiymət verən olmadı. Mən qarışıq biz aktiəyorlara verilən ad, bizim əməyimizə verilən qiymətdir".
E.Rəfiyevin sözlərinə görə, sənət adamları onlara verilən adlardan, göstərilən dəyərdən ilhmlanır və zövq alır:
"Özüm də daxil olmaqla çəkdiyimiz zəhmətə görə, tamaşalara, əməyimizə görə bu adı istəyirik. Əməkdar artist adını 41 yaşımda almışam, üstündən 12 il keçib lakin əlavə nəsə bir ad görmürəm. Hazırda olduğum teatrın qocaman aktyorlardan qalan yeganə adam mənəm. Böyük sənətkarlar var ki, onların yanında mənim danışmağım düz gəlməz, amma onlar öz sahəsində fəaliyyətdədirlər. Bu teatrda yeganə qocaman aktyor mənəm. Xalqın sevgisini qazanmış sənətkarın da əməkdar artist olaraq qalması heç də düzgün deyildi. Allah Elxan Qasımova rəhmət eləsin".
Havar Şəfiyeva