"Azərbaycan 41 saatlıq iş rejimini tətbiq etmək imkanına sahib deyil. Bir çox sahələrdə biz həddindən artıq iş vaxtından sonra işləyən vətəndaşları görürük".
Bu fikirləri Faktmedia.az-a deputat Fazil Mustafa 4 günlük ij rejiminin Azərbaycanda tətbiqinin mümkün olub-olmadığına dair sualı cavablayan zaman deyib.
Deputat bildirib ki, məmurların xeyli hissəsi axşam saat 8-ə qədər çalışırlar, rəhbərlik, nazir getməmiş gedə bilmirlər:
"Bu halda necə 4 günlük iş rejiminə keçə bilər? Azərbaycanda normal bir bazar günü versələr, insanlara bu elə böyük bir qazancdır. O baxımdan biz hələ elementar sosial hüquqları təmin etməmişik və indidən başlamışıq görək nəyi necə dəyişirik, ya bunun üzərində bir mûhakimə yürütməyə. 5 günlük iş rejimi olsun, şənbə və bazar günlərini normal istirahət versinlər, bu yetərlidir. Bu qədər problemlərin tökülüb qaldığı bir mühitdə 4 günlük iş rejiminin elə bir perspektivi olmadığını və fayda verəcəyini düşünmürəm".
Rəna Həsənova