Mənfi emosiyaları uzun müddət özümüzdə saxlamaq çox təhlükəlidir, qəzəb, həyəcan, qıcıq hissi bir şəkildə özünü göstərməlidir.
Bu sözləri psixoloq Natalya Naumova "RİA FederalPress"ə müsahibəsində deyib. O, bildirib ki, neqativ emosiyaların cilovlanması ciddi problemlərə yol aça bilər.
“Mənfi emosiyalar və hisslər altında bir müddət sonra insan təzyiqə tab gətirə bilmir. Bu zaman emosional partlayış yaranır. Bunun fonunda o, nəyisə sındıra və ya özünü elə impulsiv apara bilər ki, nəticə münasibətləri məhv edə, hətta boşanmaya qədər gətirib çıxara bilər. Hətta insanın özünə nə qədər qapılmasından asılı olaraq ölümcül nəticə də mümkündür”, - deyə tibb eksperti xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, qəzəbin və ya həyəcanın uzun müddət saxlanması psixikanı daha çox pozur, bu da nevroz və ya psixoza səbəb ola bilər. Odur ki, həkim özünüzə kömək etməyə çalışmağı və duyğuları idarə etməyi öyrənməyi tövsiyə edib.
“Biz qəzəblənməmək üçün həmişə müsbət düşünürük. Son hisslərimiz necə düşündüyümüzdən asılı olacaq", - deyə Naumova izah edib.
Mütəxəssis sonda bildirib ki, güclü qəzəb dalğası hiss etmisinizsə, fiziki məşqlərə bir qədər vaxt ayırmaq məsləhətdir.
Havar Şəfiyeva