"Hal hazırda turizm sektorunda aktivlik müşahidə olunur. 2022-ci ildə pandemiya dövrü ilə müqayisədə təxminən 50 faiz bərpa olunub. Lakin 2023-cü ildə daha da aktiv olacağını gözləyirik".
Bu sözləri Faktmedia.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə əgər stabil şərtlər olarsa, gözlənilməz bir hadisə yaşanmazsa turizm sektoru bu il 80/90 faiz özünü bərpa edəcək:
"Amma dünya turizm ekspertləri isə tam bərpanın 2024-cü ildən başlayacağını qeyd edirlər. Üzə çıxan statistik açıqlamalar da göstərir ki, artıq əvvəlki il ilə müqayisədə daha aktivlik var. Qonşu ölkələrdən gələn turistlər daha çox müşahidə olunur. Eyni zamanda Hindistan, Pakistan, Çindən turist axını var. Nəzərə alsaq ki, sərhədlər bağlıdır və gələnlər hava yolu nəqliyyatı ilə gəlirlər. Əgər quru sərhədləri açılsa biz pandemiya dövründən də yaxşı aktivlik əldə edə bilərik".
Havar Şəfiyeva