Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib.
Bu barədə DİN məlumat yayıb. Qeyd edilib ki, o, fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir.
09:28
Tanınmış aparıcı Ceyhun Rzayev intihar anonsu verib.
Faktmedia.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin.
Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.
Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı.
Xahiş edirəm, mənə yazmayın və zəng etməyin."
Sevinc Hüseynova