Rusiya və ABŞ-ın bir sıra müvafiq sazişləri dayandırması fonunda gələcək silahlara nəzarət danışıqlarının fəal iştirakçısı olmaq üçün Avropa "dərin zərbə" imkanlarını təmin etməlidir.
Bu barədə çərşənbə günü Fransa prezidenti Emmanuel Makron Bratislavada keçirilən Globsec beynəlxalq təhlükəsizlik konfransında bildirib.
“Avropa orta mənzilli silahlara dair razılaşmalarda və Strateji Hücum Silahlarının Daha Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər üzrə Müqavilədə [START] yox idi, onun təhlükəsizliyi məsələsi həll olunarkən”, - o qeyd edib.
"Mən tam aydın deyirəm: biz avropalılar təhlükəsizliyimizi təmin edən və gələcək üçün çərçivə yaradan bu sazişlərin subyektləri olmalıyıq. Əgər bunu başqalarına - Rusiyaya, ABŞ-a və ya başqasına həvalə etsək, onda biz heç vaxt prosesin inandırıcı iştirakçısına çevrilməyəcəyik”.
Xəyalə Xəlilova