Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, o, Ukraynadakı vəziyyətlə bağlı "nikbin deyil" və Rusiyanın Ukrayna münaqişəsində qalib gələnə qədər danışıqlar aparmayacağına inanır.
"Mən Rusiyanın müharibədə qalib gəlmək üçün aydın iradəsini görürəm", - Avropa İttifaqının xarici siyasət rəhbəri İspaniyanın Barselona şəhərində keçirilən ekspertlər forumunda çıxışı zamanı deyib.
"Rusiya qalib gələnə qədər danışıqlar aparmayacaq. Mən bu münaqişənin yayda necə inkişaf edəcəyi ilə bağlı gözləntilərimdə optimist deyiləm".
O, əlavə edib ki, Avropa İttifaqı Ukraynaya hərbi yardımını artırmağa davam etməlidir.
Xəyalə Xəlilova