Naxçıvan Muxtar Respublikasına təyin olunan Prezidentin Xüsusi nümayəndəsi Fuad Nəcəfli məclislərin birində istirahət edərkən görüntülənib.
Faktmedia.az xəbər verir ki, səlahiyyətli nümayəndə min bir təamın düzüldüyü süfrə arxasında olduğu görülür.
Qeyd edək ki, Fuad Nəcəfli təyin olunandan sonra bir neçə dəfə əhali içində olması ilə gündəmə gəlib. Onun vətəndaşlarla söhbət etməsi görünüb.
Bundan əlavə F. nəcəfli Prezidentin təltif etdiyi aktyorlarla da görüş keçirib. Onların problemini dinləyib.
Həmin fotonu təqdim edirik:
Havar Şəfiyeva