Dünyada süni ət, süni yumurta, süni düyü, genetik modifikasiya olunmuş soya südü, süni dəniz məhsulları mövcuddur. Azərbaycanda şüni yumurta, süni ət, süni düyü yoxdur".
Bunu Faktmedia.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert əlavə edib:
"Bəzən Azad İstehlakçılar Birliyinə nümunə də gətirirlər, guya süni yumurtadır, sanki soyulanda rezinə bənzəyir. Əslində süni yumurta deyil, bu toyuğun yemindən asılı olan bir məsələdir. Məsələn, pambıq çiyidi ilə bəslənən toyuqların yumurtasının rəngi tam başqa olur. Lakin xaricdən gələn kolbasa məhsullarının tərkibində süni ət olması istisna olunmur. Bu Rusiyadan gətirilən kolbasa məhsullarında ola bilər. Qida Təhlükəsizliyi Agentliyi qida sektoruna tam nəzarət edir və onları əsas funksiyası malın tərkibi ilə etiket məlumatlarının uyğun olmasına nəzarət etməkdir. Bu ilin yanvar ayından AQTA bu funksiyanı çox böyük uğurla yerinə yetirir. İstehlakçılar mal alanda onun etiket məlumatlarına diqqət yetirməlidirlər. Əgər uyğunsuzluq olarsa istehlakçı məlumat almaq hüququna malikdir. Qeyd edirəm ki, yuxarıda adını sadaladığım mal qruplarında süni məhsullar yixdur. Genetik modifikasiya olunmuş soya südünü mən xaricdə olanda içmişəm, yağlı, azacıq şirinliyi olan inək südünə bənzəyir, son dərəcə cəlbedicidir. Azərbaycanda hələ ki, yoxdur. 14 ildən çoxdur ki, beynəlxalq qurumlar Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına daxil etmək istəyirlər. Yaxşı ki, Azərbaycan hələ o təşkilata üzv olmur. Əgər olarsa, onda Azərbaycanda da bu kimi məhsullar olacaq".
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində süni ət və süni yumurtanın satılması ilə bağlı görüntülər yayılıb.
Rəna Həsənova