Yaponiya Patriot (PAC-3) raketlərini ölkənin cənub-qərbində və Tayvan boğazı yaxınlığında yerləşən Miyako adasına yerləşdirib.
Faktmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, yerləşdirilən raketlər milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Şimali Koreyanın mümkün uzaqmənzilli ballistik raketlərini hədəf alacaq.
Milli mətbuatda yer alan məlumata görə, PAC-3 raketlərinin də eyni bölgədəki İşigaki və Yonaquni adalarına yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, ölkənin cənub-qərbində yerləşən Okinavanın Miyako, Yonaquni və İşigaki adaları ölkənin Tayvan boğazına ən yaxın bölgəsi kimi tanınır.
Elçin Şəfiyev