"Ümumiyyətlə, həyatda nəyisə planla bayram eləmirəm. Bu gün mənim ad günümdür, bayramdır deyə nəyisə qeyd etmirəm".
Bunu şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs ad günü ilə bağlı danışarkən deyib.
Şair bildirib ki, bu gün evdən heç bir yerə çıxmamışam:
"Mənim üçün özəl olan günün öz havası olur. Məsələn heç nədən özüm özümə bayram edə bilirəm. Elə gün olur ki, həyat gözəldir, yaşamaq rahatlıq verir mənə. Bu bəzən də uğurlu bir yazıdan sonra olur. Yazdığım bir yazı ürəyimcə olanda özüm özümü qonaq edirəm. Daxilim bir şadlıq sarayına çevrilir. Dostlarım kampaniya şəklində olmur, qrup şəklində olur. Adamları bir yerə toplamağı sevmirəm, çünki özüm orda darıxıram".
Havar Şəfiyeva