"44 günlük vətən müharibəsinə qədər torpaqlarımızın 30 illik işğal altında qalması və bu nəzarətsiz ərazilərin başqaları tərəfindən istifadə olunması, Qarabağ İranın Avropa İttifaqı sanksiyalardan yayınmaq üçün bir platforma kimi istifadə edilib. İstər işğal altında olan torpaqlarımızdan, istərsə də Cənubi Qadqazda Avropa Asiya daşımalarında Rusiyadan və İrandan yan keçməklə tək keçid olan Gəncə keçidindən başqa nəzarətsiz Qarabağ əraziləri qeyri-qanunu istifadə edilmişdi və bundan Ermənistandan başqa İran və həmçinin Avropa İttifaqı ölkələrində bəzi dairələr istifadə etməklə geniş faydalanmışdılar".
Bunu Faktmedia.az-a politoloq Yeganə Hacıyeva deyib. Politoloq bildirib ki, Avrasiya daşınmlarında hazırda Laçın karidoru adlandırdığımız keçid geniş şəkildə istismar olunur:
"İşğal illərində İstər Qarabağ ərazisindən, istərsə də strateji keçid olan Laçın karidorundan təkcə İran yox, eyni zamanda Avropadakı erməni milyarderlərə əlaqədə olan Avropa İttifaqının bir sıra şəxsləri istifadə edirdi. Fransa kimi Aİ-nin bu dairələri də Ermənistanın yanındadırlar. 44 günlük vətən müharibəsindən sonra bu dairələr Azərbaycan ərazisində gedən müharibədə dağıdılmış infrastrukturlara ermənistana 2,6 milyard maliyyə ayırmaaına nail oldular. Bu əslində Ermənistana yeni yolların çəkilməsi üçün maliyyənin ayrılması kimi təqim olunsa da, Aİ nin Ermənistan vasitəsi ilə Cənubi Qafqaza yerləşməsi üçün verilmiş haqq idi. Daha sonra da onlar eemənistanın özünün törərdiyi təxribatlar vasitəsi ilə bölgəyə öncə mülki , daha zonra yarım hərbi mossiya qismində yerləşdilər. Ermənistanın hazırki hərbi ritorikasında ərazisindəki mülki missiya aldı altında, sonra da yarım hərbi missiyanın transformasiya edilmiş missiyanın həyata keçirilməsində rol oynayan bu dairələrin rolu böyükdür. Bunlar da Ermənistana Azərbaycanın mövqeyini düzgün dəyərləndirməmək üçün əsas verir. Burada Aİ dən başqa yox, paralel olaraq Avropakı kriminal erməni milyarderlər də aktiv rol oynadı. Bu o dailərdir ki, 30 il gəlirlərini məhs Qarabağdan qazanıblar
Onlardan biri Fransın ən varlı şəhəri olan Marseldə Ermənistanın fəxri konsulu Vartan Sirmarkesdir. Marsel Fransanın varlı və ölkə siyasətinə təsir edən mərkəz kim Fransanın antiAzərbaycan siyasətini formalaşmasında və həyata keçməsində vacib rol oynayır".
Havar Şəfiyeva