Bu gün Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən Faktmedia.az-a verilən xəbərə görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.