İnsan təhlükəsizliyi birbaşa dövlətin ali, üstün maraqlarından biridir. Bununla bağlı dövlət qurumları bir neçə fəaliyyət perspektivləri üzərində işləyirlər, xüsusən Səhiyyə Nazirliyi siqaret qutularının üzərində sağlamlıq üçün zərərli olduğunu qeyd edir".
Bu sözləri Faktmedia.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki,vətəndaş nə qədər sağlam olarsa güclü olar və hər bir vətəndaş da dövlətin insan resursudur:
“Daxili İşlər Nazirliyinin yol hərəkəti haqqında qanunda və inzibati xətalar məcəlləsində sükan arxasında, ictimai nəqliyyatda siqaret çəkilməsinə icazə verilməməsi barədə qadağalar var və bəzi hallarda 50 manat məbləğində cərimə də tətbiq olunur. İctimai nəqliyyatda bunun qarşısını almaq məqsədilə geniş tədbirlər həyata keçirilir. Metroda nəinki siqaretdən, alışqan, kibritdən belə istifadə qadağandır. İstər sürücülərin, istərsə də sərnişinlərin sağlamlıq, həyat və təhlükəsizliklərinin təmin olunması məqsədilə maşında, nəqliyyatda siqaret çəkilməsi yolverilməzdir. Təkcə sağlamlıq baxımından deyil, mentalitet baxımından da uşaqların, qadınların, böyüklərin yanında siqaret çəkilməsi düzgün deyil, hətta deyərdim ki, ictimai məsuliyyətdir”.
Rəna Həsənova